ƏN YENİ POEZİYA: “Ən gözəl yol…”, Rüstəm Behrudi Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Rüstəm Behrudi  “Ən gözəl yol…” söyləyəcək. 

 

 

ƏN GÖZƏL  YOL

 

(Oğlum Orxanın doğum gününə)

 

Oğlum!

Ən çətin anda,

Uçrumların kənarında

Bütün yollar bitdi dediyində,

Cəhənnəmdən çıxmağa

               Üç yol həmişə var...

Birinci yol--təslim olmaq,

İkincisi -- qiyam,

                  Üçüncüsü intihar.

Bu seçimdə bilinir,

Kim namərd ,kim kişidi;

Təslim olmaq qorxaqların,

İntihar--təslim olmaqdan utanıb,

Qiyam qaldırmaqdan qorxanların,

Qiyam--sonda 

Öləcəyini bilə-bilə

Qanlı köynəyini

Başının üstə qaldırıb ,

Bayraq eləyənlərin işidi.

Oğlum!

Ən sonda  

Gedəcəyin üç yol var--

Təslim olmaq, qiyam

                   və ntihar.

Seçim sənin...

Ancaq ,seçimdən əvvəl son dəfə

                      İçindəki işığı yandı,

Görəcəksən,

Ən gözəl yol-- 

Ömrü bir ölümü,

Ölümü bir tabutu,

Tabutu bir məzarlığı

Süsləycək qədər

                      Gözəl olanlarındı...

 

Ədəbiyyat və incəsənət”

(08.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.