“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair ibrahim İlyaslı “Bu axşam sevgi qoxuyur” söyləyəcək.
Bu axşam sevgi qoxuyur,
Sumqayıtda hər künc-bucaq.
Yağış, külək və yarpaqlar,
Avtobuslar... dayanacaq!
Səriliblər üzü üstə
Yollar duyğulu-duyğulu.
Səkiylə bir qız yürüyür,
Arxasınca zeytun kolu.
Çiçək kimi pardaqlanır
Binaların daş-divarı.
Heyrətindən xumarlanır
Odaların eyvanları.
İşıqforda sıralanır
Qırmızı da yaşıl kimi.
Hər ağac bir aşıq olub,
Dilləndirir “sarı sim”i.
Ürəklərə sığal çəkir
O qızın ayaq səsləri...
Bir də nə görsəm yaxşıdı -
Söyləmək mənə ar gəlir...
Ədəbiyyat və incəsənət”
(07.08.2024)