Könül, “Ədəbiyyat və incəsənət”
Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə.
Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi.
Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər.
qiş gecəsi boz dumana bürünür qış gecəsi ay çox solğun görünür bəyaz aya baxınca ürəyimiz üzülür göz yaşları axmadan kipriklərə düzülür mən də aytək saralıram soluram mən də aytək göyüzündə yalqız oluram heç bilmirəm təqvimdə günlərdən hansı gündü yenidən yaşamış kimiyəm indi a luna kanula gülüm çiçəyim parçalanır bu gecə parçalanır ürəyim göydə ay solub gedir soyuq qış havasında yuxuda səni gördüm bir bülbül yuvasında mən yuxumun içində qarışdırdım yuxumu sən bülbül yuvasından səsləyirdin ruhumu mən qanımla ay rəsmi çəkirəm aynada ilahi namaz üstə diz çökürəm aynada aynadakı bu adam nəyin nəsidi Allah qeybdən bir səs gəlir kimin səsidi Allah allahım bir zamanlar mən ay suvarisiydim mən cənnətdən qovulan bir mələk varisiydim ayrılıq acısı var bu gün şeirlərimdə metropol həyatına alışmış bir şamanam alnımda gözəl ayın öpücüyü görünür mən artıq taleyimlə barışmış bir şamanam iki gecədi ay çox solğun görünür ömrümün aynasında sənin ruhun görünür
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)