“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli “Dünyası dağılan adam” söyləyəcək.
Xoş gəlmisən bu dünyaya,
Yenidən doğulan adam.
Söz ilə dirilib gələn,
Səs ilə yox olan adam.
Yığılar hamı başına,
İşıq tut kor yaddaşına.
Yıxılar damın başına,
Dünyası dağılan adam.
Tanı ilmə-naxışından,
Dünyanı bir baxışından.
Yolun eniş-yoxuşunda,
Ürəyi dağ olan adam.
Əyilməz ömrün qürura,
Olanlar gec olur sonra...
Əl açdın günəşə, nura,
Gecələr sıxılan adam.
Ədəbiyyat və incəsənət”
(05.08.2024)