Gənclərin ən sevdiyi türk yazıçısı Miraç Aktaş Bakıdadır

 

“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Türkiyənin sevilən yazıçısı Miraç Çağrı Aktaşın imza günü keçiriləcək.

 

“LIBRAFF” ən çox soruşulan müəllifi oxucuları ilə görüşdürəcək. Gənclər arasında kitabları rəğbətlə qarşılanan müəlliflə görüş bu gün baş tutacaq. 

Daha ətraflı məlumatı “LIBRAFF”ın sosial media hesablarından əldə etmək mümkündür.

Qeyd edək ki, pandemiya vəziyyətini nəzərə alaraq yerlər məhdud olacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.