Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “Urmu göli” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aydın Sabahın  şeirlərini təqdim edir. 

 

 

Aydın Sabah

Təbriz

 

 

URMU GÖLÜ

 

Vətənin bayrağı qan güllələşir Urmu Gölü.

Şəhid addımlarıma pillələşir Urmu Gölü.

 

Hələ qançır yaramın qasnağı daşdan göyərir,

Leşimin üstə köpəklər güləşir Urmu Gölü.

 

Yenidən dur Sarı tel oxşamasın çal yarama,

Saramın saçlarına qan bələşir Urmu Gölü.

 

Qoymayın güllərimin bağrına dağ çəksinlər,

Bu yaşıllıqlarıma sillələşir Urmu Gölü.

 

Tozanaqlaşdı qünutlarla solan əşhədimiz,

Budu yurdumda günəş kölgələşir, Urmu Gölü.

 

Hələdir yol sulayır göz-göz olan taxçalarım,

Günəşin gəlməsinə çillələşir Urmu Gölü.

 

Bu könülsüz qara qarğışlara heç ağlamayın,

Vətənin bayrağı qan güllələşir Urmu Gölü.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.