Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Fırlanır” şeiri ilə.
Təbii ki, yenə də öz təəccübləndirir, heyrətləndirir şair.
“Bəlkə elə şərab içib-
Dünyanın başı fırlanır?!”
Gözəldir deyilmi?
Xoş mütaliələr!
Neçə acın yuxusunda,
Dəyirman daşı fırlanır.
Bəlkə elə şərab içib-
Dünyanın başı fırlanır?!
Azdım bir quşun səsində...
Sirr var şamın şöləsində.
Dərdimin yan-yörəsində
Gözümün yaşı fırlanır.
Bu yarpaq da bir çiçəkdi,
Qoxusunu yellər çəkdi...
...Bu dünya bir yelləncəkdi-
Nə qədər naşı fırlanır...
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)