Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Məni oğulluğa götür, ay vətən...” şeiri ilə.
Təbii ki, yenə də öz təəccübləndirir, heyrətləndirir şair.
“Bir ata itirdim günün qəm çağı
Məni oğulluğa götür, ay vətən...”
Gözəldir deyilmi?
Xoş mütaliələr!
Daşını gözüylə öpüb oxşayan
Bir ata itirdim günün qəm çağı
Məni oğulluğa götür, ay vətən...
Bir uzaq, kimsəsiz adayam indi,
Bu tayam, bir az da o tayam indi.
Nə olsun, özüm də atayam indi
Məni oğulluğa götür, ay vətən.
Göyünü qoruyan quşun olaram,
Lap bu tək canımla qoşun olaram.
Düşmənin bağrında qurşun olaram
Məni oğulluğa götür, ay vətən..
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)