Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Xudafərin...
Sanma o körpü fəqət
Durur suyun üstə, tağın içində.
Yox! O ürəklərdən yoğrulmuş sərhəd
Qalxır vahid dilli xalqın içində.
Qardaş! O ağırlıq, o sədd, o ağrı
Karpatın çiynində olsaydı əgər,
Karpat əyilərdi...
Yaralı bağrı
Nə axşam toxdardı, nə də ki, səhər.
Arazın kədəri min ümmandan çox,
Gözündən axıdır ləpələrini...
Saxlaya bilməyir öz çiynində, yox,
Ayrılıq körpüsü Xudafərini...
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)