BİR SUAL, BİR CAVAB Aysel Nəsirzadə ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

-Dünyaya gələn hər körpə,

Sevgidən doğulmur.

Sevgisizlikdən yaranan uşaqlar tamamlayır- körpələr evinin siyahısını.

Ana sevgisi, ata zəhmətiylə böyümür onlar.

O körpələrin ahıdır göydəki qara buludlar, lənətlənir yer üzü. (Aysel Nəsirzadə)

 

Aysel xanım, bir ana üçün öz körpəsindən imtina etmək analıq hissindən imtina etməkdir.  Analıq hissi güclü və düşünmədən övladı üçün canını fəda etməkdir. Maddi çətinlik öz körpəsindən imtina etmək üçün əsaslı səbəbdirmi, yoxsa, analıq hər cür zülmlərlə öz övladına  əsl ana olmaqdır? 

 

 CAVAB

-Əslində, bu sual geniş cavab tələb edir. Ancaq fikrimi qısa cavablandırmağa çalışacağam. Hər dünyaya uşaq gətirən Ana sayılmır. Ana olmaq ilk öncə məsuliyyətli olmaqdır. Robin Şarmanın “Ailə müdrikliyi” əsərindən belə bir fikir var deyir:  “Təsadüflərə ümid edərək, uşaqların özbaşına ləyaqətli insan kimi böyüyəcəklərinə inanmaq rus ruleti oynamağa bərabərdir, onun kimi təhlükəlidir." Ona görə ölümdən başqa heç bir səbəb əsl Ananı övladdan ayrı sala bilməz və ya salmamalıdır. Övlad anadan uzaqda natamamdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.