İntizar ədəbiyyatı - Hökumə Billuri, "O günün arzusuyla" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Saçlarıma dən düşür,

Deyəsən erkən düşür.

Ömrümün zirvəsinə,

Duman enir, çən düşür... 

Məni vaxtsız qocaldır 

Vətənimin həsrəti. 

Çöhrəmdən uçub gedir 

Gəncliyin təravəti. 

Lakin qəlbimdə ilham 

Coşur yenə dəniz tək. 

Nə qədər ki, mən sağam 

O ilham sönməyəcək! 

Qoy düşmən sevinməsin 

Ürəyim susmuş deyə. 

Yox, mən öz varlığımı 

Vətənimə hədiyyə, 

Xalqa qurban demişəm! 

Mən hər zaman demişəm: 

Qəlbim kül altındakı 

Yanar odu yandırar; 

Bir gün şölələnərək, 

O od yaxıb, yandırar. 

Bizim də obalara 

Ağ günlər gəlsin gərək, 

O günün arzusuyla 

Yazıb-yaradır ürək.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.