Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Zivər Ağayeva adı çoxunuza heç nə demədi. Amma bir vaxtlar - sovet dönəmində onun şeirləri, sözlərinə yazılan mahnılar çox populyar idi.
“Unuda bilmirəm” şeirində böyük səmimiyyət var.
Sən gəlməsən, necə xoşbəxt olum mən?
Dağıtmısan bu dünyamı, getmisən…
Bəli, əfsus ki, gedənlər həmişə bizdən nələrisə aparır.
Əfsus!
Zivər Ağayeva
“Unuda bilmirəm"
Demirəm ki, çiçək idin, solmusan,
Yuxu olub, gözlərimə dolmusan.
Ürəyimdə buz bağlayıb donmusan,
Yenə səni mən unuda bilmirəm.
Yolların da geri döndü, ay gedən,
Bilmədim ki, sən xoşbəxtsən, ya da mən.
Qəm yükündən saçlarıma düşüb dən,
Yenə səni mən unuda bilmirəm.
Həsrətindir dağa enən duman, çən,
Sən gəlməsən, necə xoşbəxt olum mən?
Dağıtmısan bu dünyamı, getmisən,
Yenə səni mən unuda bilmirəm…
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)