“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Araz Asifin şeirlərini təqdim edir. İlk olaraq siz “Dün gecə”yə varid olacaqsınız.
Dün gecə
Odamın qaranlıq qadınlığına
Paltar soyunmuşdu birisi, iblis.
Pis-pis də
Mənə əziz
Birisi ağ donunda qızılgül çiçəyi,
Qırmızı köynəyində nazik bənövşə izi
Qırmızı...
Havam dolandı,
Bulandı gövdəm,
Yola düşdü üstümdən ötən buludlar.
Nə yağış yağdı!
Nə yağdı külək!
Yağan mən idim damcı-damcı
Və inci,
Səhər
Həyətdə şəritdə dolaşırdı qızıl güllü don
Və bənövşənin bəndə düşmüşdü izi
Qırmızı
Əsən xəfifcəsinə yaz yeli idi...
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)