“İtirdiyim dostlarla yuxuda görüşürəm…” - ANAR Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qələmindən nə çıxırsa hər birimiz onu acgözlüklə oxuyuruq. Başqa cür ola da bilməz. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Sizsiz”, “Mən, sən, o və telefon”, “Dantenin yubileyi” kimi şedevrlər yaratmış bir qələm ustasının qələmindən çıxanları sevməmək mümkünsüzdür.

Anarın sosial media hesabında paylaşdığı şeirini sizlərlə bölüşürəm. Bu şeiri ağsaqqalımız vəfat etmiş dostlarına ithaf edib. 

 

İtirdiyim dostlarla

yuxuda görüşürəm.

maska filan taxmadan

görüşüb-öpüşürəm.

Gündüz ölən dostlarım

Gecə yuxuma girir.

Mən burdan danışıram.

Soruram: orda nə var?

Cavab vermir heç biri,

Məlul-məlul baxırlar.

Oranın ünsiyyəti

bəlkə, susub baxmaqmış.

Görəsən, o dünyada

yuxular belə varmış?

Ordakı dostlarım da

Hərdən görürmü məni,

ordakı yuxularda?

 

Əslində, kim bilir kim,

Kimdi yuxulu, ayıq?

Bəlkə, onlardı oyaq

Biz burda yuxudayıq? 

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.