“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir. Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.
Bu gün tanış olacağınız şeir Üzüklərin Hökmdarını ədəbiyyata gətirmiş Con Ronald Ruel Tolkinə aiddir. Təəccübləndiniz, deyilmi? Böyük Britaniyaya yazarı şeiri də pis yazmırmış.
Con Ronald Ruel Tolkin
(1892-1973)
Böyük Britaniya
Fil
Boz siçan rəngindəyəm.
Boyum da çatır göyə.
Ot üstündən keçəndə
Ağaclar qorxur məndən.
Var ağzımda şeypurum,
Cənubadır, bax, yolum.
Palaz boyda qulağım,
Gah düşür, gah da qalxır.
Demə heç nə qanmıram,
Yox, yerdə uzanmıram.
İstəmirəm mən öləm,
Axı, axı mən filəm.
Həm nəhəngəm, qocayam,
Ucadan da ucayam.
Yox, bir gün görsən məni,
Unutmazsan sən məni.
Gəl gör məni, gəl bəri –
Olmaz düzdən xəbərin.
Bax, qoca bir filəm mən,
Yalan çıxmaz dilimdən.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)