Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Atalar sözü- qədim fəlsəfənin sağ qalmış parçasıdır. ( Aristotel)
Aysel xanımın tez- tez işlətdiyi atalar sözü hansıdır və elə atalar sözü varmıdır ki, onunla razılaşmır?
CAVAB:
Razılaşmadığım demək olar yoxdur və yaxud da hal-hazırda xatırlamıram. Ancaq məktəbdə oxuduğum müddətdə Rəsul Rzanın şeirindən iki misra demək olar həyat devizimə çevrilmişdi və bütün ( hazırlıq üçün istifadə etdiyim) dəftərlərimin ilk səhifəsində yazmışdım: “Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında”.
Hal -hazırda isə özum özümə xatırlatdığım Demokritin “Güclü iradə insan üçün dəyərli keyfiyyətdir” fikridir. Təvazökarlıqdan uzaq olsa da, mən öz iradəmin gücünə inananlardanam.
Ədəbiyyat və incəsənət”
(30.05.2024)