BİR SUAL, BİR CAVAB Təranə Turan Rəhimli ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Fələk namərd oyununda,

Düzün kəndiri boynunda.

Haqq deyib əli qoynunda

Gözləməkdən ağac oldum.

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, haqq olduğunuzu sübut etmək üçün , "düzün boynundakı kəndiri" açmaq üçün Sizə cürət verən hansı qüvvə olur?

 

 CAVAB:

Əgər həyatdayıqsa, daim mübarizə içindəyik. Hətta öləndən sonra da haqqı tapdalananlar var. Sağlığında istedadı, savadı, bacarığı, şəxsiyyəti ilə həsəd doğuran insanlara ölümündən sonra da paxıllıq edən, adının çəkilməsinə maneçilik törədənlər olur. Amma yaşayırıqsa, öz haqqımızı müdafiə etmək şansımız var. Bu mübarizə bəzən nə kimi itkilər bahasına başa gəlir. Hətta bəzən susmaq özü də haqsızlığa etirazın hayqırışı ola bilir. Amma sükütun da mənasını düzgün anlayan gərək:  "Elə susdum daş bildilər, hördülər divara məni."

 "Düzün boynundakı kəndiri açmaq" üçün isə qeyri-adi cürətə yox, ürəyə sahib olmaq yetərlidir. Mən min bir əziyyətlə çatdığım,  uzun illərimi həsr etdiyim ən önəmli  qazancımdan bircə anın içində keçə bilərəm - Haqq üçün. Haqq bildiyim yoldan dönməmək üçün.  Amma mənə görə həyatda hər zaman insana cürət verən qüvvə İNANDIĞIDIR.

 

Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.