Klassik uşaq ədəbiyyatından seçmələr – TOFİQ MAHMUD, “Ehey... durnalar” Featured

“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından İlyas Tofiq Mahmudun  “Ehey... durnalar” şeiri təqdim ediləcək.

 

Ehey... ehey... durnalar,

Qollarımı açıram,

 Sizinlə uçmaq üçün

Arxanızca qaçıram.

 Ehey... ehey... durnalar,

Bir anlıq dala baxın,

Məni yerdən götürün,

Cərgənizə buraxın!..

Ehey... ehey... durnalar,

Qanad açmaq istərəm.

Mən də bu göy üzünə

 Qalxıb uçmaq istərəm.

Ehey... ehey... durnalar,

Sizi izləyəcəyəm.

 İndi qaçdığım yerdə

Sizi gözləyəcəyəm.

 

 “Ədəbiyyat və incəsənət”

(22.05.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.