BİR SUAL, BİR CAVAB Təranə Dəmir ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Dəyərli Yaradıcımız,  A. Şopenhaurun gözəl bir deyimi var: " Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir."

Bəs hər xırda səbəblərə görə küsüb-barışan, münasibət qura bilməyib, " sevgi yoxdur" - deyib sevgini ucuzlaşdıran kəslərə nə söyləyərdiniz?

 

CAVAB:

Ayrılıq sevgisizlikdən, sevgi tükənəndə düşür ortalığa mənim aləmimdə.

Sevmək səbir, dəyanət, dözüm istər. Əgər bir yola qoşa qədəm qoyursansa, demək, onun bütün çətinliklərini, ağrılarını da gözə almalısan. Əks halda, bu sevgi deyil. Tutqudur. Alışdın və söndün. Bir də sevgi iki ruhun qarşılıqlı hissidir. Biri bitirsə, o biri bunu yürüdə bilməz. Həm də cütlər arasında hörmət, qayğı, diqqət əsasdır. Laqeydlik də sevgini kül edən amillərdən biridir. Hətta ən mükəmməl eşqləri belə soyuda bilir.

 

Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.