İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Mənim, ey dost, o sahildə neçə nəğməm, sözüm qaldı" qəzəli Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mənim, ey dost, o sahildə neçə nəğməm, sözüm qaldı. 

Bahar fəsli alovlandı, bağım, bağçam, düzüm qaldı. 

 

İnan ki, doymamışdım mən vətənin, laləzarından 

Yar oldu ömrümə həsrət, o torpaqda gözüm qaldı. 

 

Əmək çəkdim səhər-axşam, çiçəkli, güllü bağ saldım, 

O bağda gözləri yaşlı bənövşəm, nərgizim qaldı. 

 

Vətən dərdi yaman dərddir, əsir yarpaq kimi qəlbim, 

Haray ellər, yad əllərdə sevimli Təbrizim qaldı! 

 

Deyin ki, Gülgünə gəlsin, alışdım, yandım həsrətdə, 

Fəqət məhv olmadım, ey dost, kül altında 

gözüm qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.