Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Bu beşgünlük dünyada ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,
Arzu dediyin can evində ən şuluq kirəkeşdi. ( Qulu Ağsəs)
Qulu bəy, bu şuluq kirəkeşin gözləri doyurmu? Yoxsa, onun gözləri doysa, həyat anlamını itirmiş olar?
CAVAB:
Bilirsiniz, əslində, can evi özü də bu dünyada qonaqdır və arzu bu qonaq evinin qonağıdır. Yəni, kirəkeşin kirəkeşi, ikisi də keçib gedir; can evi də, elə arzular da. Bunların ikisinin də gözü, yəqin ki, heç vaxt doymayacaq.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)