Oxunan və sevilən “Ulduz” jurnalının redaksiyası oxucularına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Əziz dostlar! Çoxsaylı tələbə oxucularımızın rəyini nəzərə alaraq, dərgimizin qiymətini ENDİRDİK.
Növbəti ildən "Ulduz" jurnalının satış qiyməti və aylıq abunə haqqı 2 AZN deyil, cəmi 1 AZN təşkil edəcək.
Abunəçilərimiz 6 aylıq abunə haqqı üçün 6 AZN, illik abunə haqqı üçün isə cəmi 12 AZN ödəməklə dərginin müvafiq saylarını əldə etmiş olacaqlar. Abunə yazılmaq üçün aşağıdakı mətbuat yayımı birliklərinin telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
●"Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyəti.
Tel: (012)441-19-91
(012)440-16-26
●"Qaya" Mətbuat Yayımı.
Tel: (012)566-77-80
●"Qasid" MMC .
Tel: (012)493-14 - 06
☆Dərgini pərakəndə əldə etmək üçün aşağıdakı kitab mağazalarına müraciət edə bilərsiniz:
●"Kitabevim.Az
(Ünvan: Nəsimi r., Puşkin k., 32a "AK center" II mərtəbə, "28 May" metrosunun yaxınlığı1.
Tel: 498-79-89 ) 055-877-24-44
●"Bayatı" kitab mağazası (Ünvan: Səbail r., Xaqani k. 53, "Sahil" metrosunun yaxinlığı.
Tel: 055-264-75-52 )”
Əlbəttə ki, hər şeyin bahalaşdığı bir zamanda “Ulduz” jurnalı redaksiyasının oxucuları naminə atdığı bu addım təqdirəlayiqdir. Biz də oxuculara səslənirik: “Ulduz” alın, “Ulduz” oxuyun!