Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında

Bolqarıstanın populyar “meridian27.com” ədəbiyyat portalı və Dünya Bolqar Yazıçıları Liqasının rəsmi feysbuk səhifəsi “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın bolqar dilinə tərcümə olunmuş “Nədən qəfil pis oldum?”, “Sən sönməyən alovsan” şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi Dmitr Xristovdur.

Qeyd edək ki, 2002-ci ildən “Libra Skorp” kitab nəşriyyatının elektron jurnalı kimi fəaliyyət göstərən “meridian27.com” portalı və Dünya Bolqar Yazıçıları Liqasının feysbuk səhifəsi mütəmadi olaraq dünya ədəbiyyatının aparıcı nümunələrini işıqlandırır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.