Şəhidlər barədə şeirlər – Yusif Əliyev

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Yusif Əliyevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.

    

 

YUSIF ƏLİYUSİF OĞLU ƏLİYEV

(02.12.1969.-24.09.1991.)

Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olmuş, Azərbaycanın Milli Qəhrəmanı, Qrabağ müharibəsi şəhidi

 

                                          YUSİF

Torpağı canından artıq sevirdi.

Qarabağ uğrunda göstərdi hünər,

Özünü bu yurda o, qurban verdi,

Dedi ki, xalqımız qazansın zəfər.

 

Adı Yusif idi, döyüşkən, igid,

Atadan almışdı nəsihət, öyüd,

Döyüş yeri oldu Buzluq, Mənəşid,

İnanırdı, gələcək aydın səhər.

 

Döyüşdü mərdliklə, cəsarət ilə,

Düşmənlə vuruşdu mətanət ilə,

Ömrünü yaşadı ləyaqət ilə,

Yağının aşına qatdı öd, zəhər.

 

Xalqımın sevimli qəhrəmanıdır,

Yurdu igid övladları tanıdır,

Qədim Qobustanın şöhrət, şanıdır.

Nəğmələrə dönüb dillərdə gəzər.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.