“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ülvi Azayevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.
ÜLVİ MAQSUD OĞLU AZAYEV
(04.11.2001.-02.10.2020.)
Kürdəmirin Ərəbqubalı kəndindən olan, Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
QƏHRƏMAN ÜLVİ BALAM
(Anası Şövqiyə xanımın dilindən)
Mənim sevimli oğlum,
Qəlbim, qanadım-qolum,
Mən sənə qurban olum,
Qəhrəman Ülvi balam.
Sən ətirli çiçəkdin,
Bizə arxa, köməkdin,
Saf arzuydun, diləkdin,
Qəhrəman Ülvi balam.
Kənddə sevimli idin,
Gündən-günə böyüdün,
Mənim qorxmaz igidim,
Qəhrəman Ülvi balam.
Demişdim, illər keçər,
Böyüyüb olar əsgər,
Göstərər mərdlik, hünər,
Qəhrəman Ülvi balam.
Sadə, mehriban idi,
Gülərüz, cavan idi,
Sanki pəhləvan idi
Qəhrəman Ülvi balam.
Əsgərliyə yollandı,
İçəndə əsgər andı
Özünü xoşbəxt sandı,
Qəhrəman Ülvi balam.
Snayper-avtomatlı,
Xüsusi təyinatlı,
Cürətli, yel qanadlı,
Qəhrəman Ülvi balam.
Deyirdi, “Bu torpağı,
Yurdumuz Qarabağı,
Tərk etməlidir, yağı.”
Qəhrəman Ülvi balam.
Arzusuna yetdi o,
Əla qulluq etdi o,
Ürəklərdə bitdi o,
Qəhrəman Ülvi balam.
Məşəl oldu, sönmədi,
Bayraq oldu, enmədi,
Amalından dönmədi
Qəhrəman Ülvi balam.
Qurban olum adına,
Çatmasam da dadına,
Deyirəm övladıma,
-Qəhrəman Ülvi balam.
Sən, ürəyim, canımsan,
Hər vaxtım, hər anımsan,
Vüqarımsan, şanımsan,
Qəhrəman Ülvi balam.
Məzarını öpürəm,
Üstünə gül səpirəm,
Qürur ilə deyirəm:
-Qəhrəman Ülvi balam.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)