Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.
(Qəşəm Nəcəfzadə)
Dəyərli Yaradıcımız, Siz həmin an məktəbin direktorunun "gözündğn oğurlanıb" sinfə daxil olsaydınız, o dəcəl şagirdlərə nə söyləyərdiniz?
CAVAB
Bilirsiniz ki, mənim uşaq şeirləri kitabım var, həmin o kitabdakı şeirlərdən oxuyub şagirdləri tərbiyələndirərdim.
Şuşada Vaqif Poeziya Günlərində “Sənin dərsin" şeirini oxumuşdum və sonra bildirdim ki, ovaxtkı müəllimin - hazırkı həyat yoldaşımın dərsində səs edən uşaqlar bu günün Milli Qəhrəmanları, şəhidləri, qaziləri, əzmlə vuruşan igidləridir. Onlar - dəcəl şagirdlər sükuta, qayda-qanunlara etiraz edənlərdir. Həmin partanın arxasında sakit otura bilməyən şagirdlər Şuşamızı, Qarabağımızı düşməndən azad etdilər.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)