Şəhidlər barədə şeirlər – Teymur Zeynalov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Teymur Zeynalova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TEYMUR TAĞI OĞLU ZEYNALOV

(28.03.1993.-24.10.2020.)

 

Əslən  Kürdəmir  rayonunun  Axtaçı  kəndindən  olan,   Bakı   şəhərində  doğullmuş, “SOCAR-AQŞ”-nin  əməkdaşı   olmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Qarabağın   azad  edilməsi   uğrunda  Vətən müharibəsinin şəhidi

 


                      YAŞAYIRLAR ƏBƏDİ

 

“-Ata, məqam çatıbdır, getməliyəm döyüşə,

Yolumuzu gözləyir  intizarla, dağ, meşə.

Şərəfsiz yağıları Vətəndən qovmalıyıq,

Onları məhv eyləyib, gözlərin ovmalıyıq.

 

Həyatdır, hər şey olur, mən də elin oğluyam,

Vətən mənim canımdır, mən yurduma bağlıyam.

Heç nə əvəz eyləməz  Vətən məhəbbətini,

Borcumdur, çəkməliyəm, torpağın qeyrətini.”

 

Evdən gülərək çıxdı, vidalaşaraq Teymur,

Ata oğluna baxdı, qəlbində duydu qürur...

Atıldı döyüşlərə, cəsur imiş nə qədər,

Biri də boşa getmir  Teymur atan güllələr.

 

İrəliləyir ordumuz, hücumdadır igidlər,

Azad olur yurdumuz, çiçəkləyir ümidlər.

Füzulimiz uğrunda ağır döyüş zamanı,

Teymur şücaətiylə, yazdı hünər dastanı.

 

Elə mərdlik göstərdi, dostları qaldı heyran,

Şəhid olarkən dedi: -Yaşa, can Azərbaycan!

Mühəndis-neftçi idi, arzuları tükənməz,

Vətən şamına döndü, əbədi, yanar-sönməz.

 

Hər qaranlıq gecənin günəşli gündüzü var.

Şəhidim görmədiyi, əmanət Oğuzu var.

Teymur kimi oğullar, yaşayırlar əbədi,

Onlar qaytarıb bizə, Şuşa adlı məbədi.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.