Poetik Qiraətdə bu gün sizlərlə Azərbaycan Yazıçılar Birliyi sıralarına yenicə qoşulmuş Banu Muharrem görüşür.
“Adı sevda olan soyuq bir xəncər” kimi sətri varsa, demək ki, bu sevgi şeiridir.
Xoş mütaliələr!
Qəlbimin ən dərin, isti yerində
adı sevda olan soyuq bir xəncər.
_tutub çıxarsan...
_tutub çıxarsan...
Uçqundan sağ çıxmış körpə uşaq tək
nəmli bir şəhərin toranlığında
leysan buludlara meydan oxuyan saralmış bir yarpaq.
_Tutub qoparsan...
_Tutub qoparsan...
Qürurun bitdiyi dərd toxluğunda
Göylərdə yeriyib, yerlərdə uçan
qəribə ruhumdan qopsa həyəcan.
_Qucub saxlasan...
_Qucub saxlasan...
Xəyal quranlara həsəd aparsan!
Udqunub susduğum xəyallarımda
qalın bir kitablıq nə çox sözüm var.
Ömür tükənməmiş, yuxum gəlməmiş
_susub oxusan...
_susub oxusan...
Qarın doyurmayan sönük ümidlə
vitrin şüşəsinə yansıyar gözüm
_baxıb utansan..
_baxıb utansan..
Darıxmaq qorxusu, qırğınlıqları
itən sevgilərin, gedən dostların
Üzünə həkk olar son ünvanları..
_daha qayıtsan...
_daha qayıtsan...
Ədəbiyyat və incəsənət”
(09.04.2024)