“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Teymur Rəsulova həsr edilmiş şeirlə tanış olacaqsınız.
TEYMUR YAVUZ OĞLU RƏSULOV
(23.03.1988.-21.10.2020.)
Qaradağ rayonunun Sahil qəsəbəsindən olan, ADNA-nın məzunu, Qarabağın azad olunması uğrunda Vətən müharibəsinin şəhidi
ELİN İGİD OĞLU TEYMUR
Təmiz qəlbli, amallıydı,
Əqidəli, kamallıydı.
Saf arzulu, xəyallıydı,
Üzündən tökülürdü nur,
Elin igid oğlu Teymur.
Sevirdi işi, zəhməti,
Yurda sonsuz məhəbbəti.
Dürüstlüyü, ləyaqəti,
Gətirmişdi ona uğur-
Elin igid oğlu Teymur.
Şair kimi gəldi səsi,
Vardı, şeiri, hekayəsi.
Tükənməz idi həvəsi,
İstedadı, ilhamı gur,
Elin igid oğlu Teymur.
Bu Vətənin övladıydı,
Mübarizi, Poladıydı.
Yenilməzliyin adıydı,
Qətiyyətli, həm də cəsur,
Elin igid oğlu Teymur.
Pozdu düşmən növrağını,
Pis günə qoydu yağını.
Azad etdi torpağını,
Sona kimi qaldı məğrur,
Elin igid oğlu Teymur.
Yaxşısın bilir yaradan,
Çox şeyi anlamaz nadan.
Getdi döyüşə qorxmadan,
Bir bax, gör necə vuruşur
Elin igid oğlu Teymur.
Gerçək edib nağılları,
Yurdumuzun oğulları,
Məhv etdilər yağıları,
Sizinlə duyuruq qürur,
Elin igid oğlu Teymur.
Artlq Şuşanı almışıq,
Şərəfli zəfər çalmışıq,
Qalib kim ucalmışıq,
Ölməzlərdən biri budur,
Elin igid oğlu Teymur.
“Ədəbiyyat və incəsənət”
(09.04.2024)