Könül, “Ədəbiyyat və incəsənət”
Bu şeirin müəllifinin - Qurban Yaquboğlunun növbəti doğum günü oldu. Onu təbrik edir, uzun, sağlam və xoşbəxt ömür arzulayır, ondan gözəl şeirlər gözləyirik.
Əllərim də çatmır ki,
Öpsün qara saçından.
Harda gecələyim bəs
Ayrılığın ucundan.
Ağrılı ahlar kimi
Günlər axır irəli.
Səndən məktublar gəlir,
Atmamısan, deməli.
Ora yağsa qar-yağış
Neynərəm sözlərimlə.
Baxaram uzaqlara
Kədərli gözlərimlə.
Neynəyərəm görəsən,
Dilin desə sevmirəm.
Bu sevgidi,
Sevgidə
Unudulan bədbəxtdi,
Unudanı bilmirəm...
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)