“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü
Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rahib Hacıismayılova həsr edilmiş şeirlə tanış olacaqsınız.
RAHİB MƏMMƏDEMİN OĞLU HACIİSMAYILOV
(17.09.1991.-20.10.2020.)
Şəkidə anadan olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
CƏSUR RAHİB
Sən Şəkinin balası, cəsur bir igidisən.
Torpağı vətən edən nur üzlü şəhidisən.
Vətən çağıran zaman döyüşlərə atıldın.
Qəhrəman əsgərlərin cərgəsinə qatıldın.
Səni cürətli etdi doğma yurda məhəbbət.
Səni yenilməz etdi düşmənə hədsiz nifrət.
Bir qəbahət sayırdın kişiyə qorxaqlığı.
Qoxaqda ola bilməz, ləyaqət, üz ağlığı.
Vuruşdun düşmənlərlə, əsil cəngavər kimi,
Məhv eylədin yağını aslan kimi, nər kimi.
Bu vətən torpağından qüvvət aldın, güc aldın.
Hər gün, hər saat, hər an zirvələrə ucaldın.
Bu yurdda qala bilməz şərəfsiz düşmən-gədə.
Şəhidlik məqamına yüksəldin Ağdərədə.
Elə məqama çatdın, əbədi cənnətlisən,
Yurdumun hər yerində əzizsən, hörmətlisən.
Bu torpağın bu daşın yiyəsi, sahibi var,
Doğma elin-obanın cəsur, nər Rahibi var.
Doğulsan da Şəkidə, işləsən də Bakıda,
Anam Azərbaycanın sevimli balasısan,
Qalib diyarımızın əzəmət qalasısan!
“Ədəbiyyat və incəsənətz”
(13.03.2024)