“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pəhli Qəribova həsr edilmiş şeirlə tanış olacaqsınız.
PƏHLİ XALƏDDİN OĞLU QƏRİBOV
(17.09.1993.-08.01.2020.)
Kürdəmirdən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
PƏHLİ
Sən, Vətəni canından, Pəhli, artıq sevirdin,
Adını əməlinlə ölməz ada çevirdin.
Yazıldın döyüşməkçin könüllü ordumuza,
Dedin, zəfər yaraşır, müqəddəs yurdumuza.
Uşaqlıqdın hamıya sevimli, əziz idin,
Xəyalların bir aləm, arzular dəniz idin.
Əsgərlikdə olanda göstərdin əla xidmət,
Fəxri fərmanlar, saat - halal mükafat, qiymət.
Həmişə gözləyirdin, Komandanın əmrini,
Bitirmək vaxtı gəldi kafirlərin ömrünü.
Necə ürəklisənmiş, necə də mətanətli,
Düşməni məhv eyləyən əsgərdin - şücaətli.
Döyüşdün Füzulidə, Cəbrayılda qeyrətlə,
Yağılar qaçırdılar qorxu ilə, heyrətlə.
Düz qırx dörd gün döyüşdün, getdin Şuşaya qədər,
Düşmən kədərə batdı, ömrünü aldı kədər.
“Biz qalib gələcəyik”, - söykənərək inama,
Səkkiz noyabrda sən çatdın ali məqama.
Müqəddəs bayrağımız Şuşada dalğalanır,
Mənfurlar, məsləksizlər məzarda “lovğalanır”.
Canından keçdin, Pəhli, bu yurd yaşasın deyə,
Qəhrəmansan, şöhrətin sığışmır yerə-göyə.
Səni sevimli edən elə sədaqətindir,
Nərmin balan, gül balan bizə əmanətindir.
Hamımıza əzizdir yurdumuzun hər yanı,
Alıb səni qoynuna Şəhidlər Xiyabanı.
Bu vətəni düməndən azad etdi igidlər,
Həmişə yaşayacaq qəhrəmanlar-şəhidlər.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)