Poetik Qiraətdə bu gün sizlərlə yenidən ustad şair Əlizadə Nuri görüşür. O, “İlahi, dünyanı saxla bu yerdə...” deyir.
Ay xanım, mən dünən ocaq yeriydim,
İndi kül yeriyəm, indi kül yeri.
Sinəmiz üstündə iki yer qalıb:-
Məndə güllə yeri, səndə gül yeri.
Heç kim tapmadığı tapmacayam mən...
Bölə bilmədilər:- tək hecayam mən.
Pəncərə deyiləm, bir bacayam mən-
Sən də axtarırsan təzə tül yeri...
...Haqsız sayıldımsa,haqla bu yerdə-
İlahi, məni də ağla bu yerdə.
Dünya düz yerimir... saxla bu yerdə,
Ya nöqtə yeri qoy, ya vergül yeri...
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)