Şəhidlər barədə şeirlər – Kamal Mirzəyev

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamal Mirzəyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

KAMAL ƏJDƏR OĞLU MİRZƏLİYEV

(30.08.1996.-17.10.2020.)

Şamaxı rayonunun Çarhan kəndində doğulmuş, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Sahil qəsəbəsinə köçərək orada yaşamış,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

          K A M A L

 

İnsanı   insan edir  əqidəsi, amalı,

Sizlərlə tanış edim  igidimiz Kamalı.

Əslən Şamaxıdandır, böyüdü Qaradağda,

Şəhidliyə qovuşdu  Talışda-Qarabağda.

 

İki gözəl bacıya  mehriban qardaş idi,

Ananın sevimlisi, ataya sirdaş idi.

Atası  halallıqla böyütmüşdü  Kamalı,

Oğul da oğul idi, nur  saçırdı camalı.

 

Təmkinlə, ləyaqətlə  dolaşardı, gəzərdi,

Şirin gülüşü  ilə evlərini   bəzərdi.

Necə kədərli  idi – işğalı  Qarabağın,

Dözmək olarmı  qalsın  yağılarda torpağın?

 

Əsgərliyə gedəndə xoşbəxt, bəxtəvər idi,

Doğma Vətənə layiq  oğul di, ər idi.

Əsgərlik  xidmətində  qazandı o, hörməti,

Aprel döyüşləri də oldu onun qisməti.

 

Vətən borcunu verib,  qayıtdı o, Sahilə,

Dostlarına deyirdi, “Döyüş öndədir hələ”.

Hər şeyin öz vaxtı var, yetişdi zaman, məqam,

Könüllü əsgər oldu, alınacaq intiqam.

Başladı  o, xidmətə  kəşfiyyat bölümündə,

Elə hünər göstərdi,  qorxmadı  ölümündən.

 

Bir yaralı döstunu çıxararkən meydandan,

Ucaldı şəhidliyə, keçərək  şirin candan.

Əbədiyaşar oldu,  yolu düşdü cənnətə,

Ondakı ürəyə bax,  bax , ondakı qeyrətə.

 

Şəhidlər qürurumuz, şəhidlər and yerimiz,

Şəhid məzarlarısa  ocağımız, pirimiz.

Qarabağ azad olub, borcluyuq şəhidlərə,

Çox nəğmə  yazılacaq Kamaltək igidlərə.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.