Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. “Mənə yüz il ömür arzulamayın” - şairin ən populyar şeirlərindən biridir. Mənə yüz il ömür arzulamayın - Xəzan yarpağıtək qovmasın külək, Gözlərim görsə də, ayağım - əlim Əsalı olanda dayansın ürək. Mən yüz il ömür arzulamayın – Bu qədər yaşayan hansı çiçəkdir?! Mən yaşda qalmırsa taytuşum-tayım, Qurdnan qiyamətə qalmaq deməkdir. Mən yüz il ömür arzulamayın Yerişim, gülüşüm, səsim itməsin, Məndən cavan olan, gümrah olanlar Çiynimdə dünyadan köçüb getməsin. Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim, Qapı - pəncərəni öz evimdəki Özüm aça bilim, bağlaya bilim. Tanrıdan bir ömür diləyin mənə, Taleyim sevgiylə baxsın üzümə, Görsün yad payına şərik deyiləm Gərək olmayanda özüm-özümə, Deməli heç kəsə gərək deyiləm! Sağlıqlar deyəndə hərdən şənimə, Nə özüm kövrəlim, nə sizə gülüm, Tanrıdan bir ömür diləyin mənə, Hər vaxt sevə bilim, sevilə bilim. Mənə yüz il ömür arzulamayın - Ləyaqət, təmiz ad atıb getməsin Dünyaya qalacaq malı dünyanın - Karvanın lənətə batıb getməsin Mənə yüz il ömür arzulamayın...
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)