Şəhidlər barədə şeirlər – Fərid Məmmədov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Fərid Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

FƏRİD EYVAZ OĞLU MƏMMƏDOV

(12.10.2000.-15.10.2020.)

 

Kürdəmirin Şıxımlı kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

                        FƏRİD

 

Ucaltdın hünərinlə elimizin adını,

Xalqımız da unutmaz öz əziz övladını.

Şıxımlı kəndində sən, dünyaya açmışdın göz,

Zəhmətkeş bir ailədə böyümüşdün halal, düz.

 

Mehriban  övlad idin, el-obanı sevirdin,

Vətən məhəbbətini bir dastana çevirdin.

Dözdün hər çətinliyə, sonsuz mətanət ilə,

Oğul-əsgər borcunu  verdin ləyaqət ilə.

 

Qurtardın əsgərliyi, aydın idi məqsədin,

Hərbidə xidmət idi  həmarzun, həm mətləbin.

Əziz Qarabağımız əsirdisə, düşməndə,

Ülvi arzularımız,  salınıbsa kəməndə,

Oğul, rahat olarmı, sual verdin özünə,

Elə bu məslək ilə düşdün zəfər izinə.

 

Hər əsgərə demirlər nə qəhrəman, nə igid,

Bütün əsgər dostların səni sevirdi, Fərid.

Qan-qada savaşınd agöstərdin qəhrəmanlıq,

Hünərin bir nağıllıq, hünərin bir dastanlıq.

 

Talışda, Füzulidə, Ağdərədə vuruşdun,

Suqovuşan kəndində ölməzliyə qovuşdun.

İndi sən hamımızın fəxrisən, igidisən,

Hamımızın doğması, hamının Fəridisən.

 

Siz vətən eylədiniz qanınızla torpağı,

Siz azad eylədiniz düşməndən Qarabağı.

O  üçrəngli bayrağı uca etdi Fəridlər,

Əbədi yaşayacaq ürəklərdə şəhidlər.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.