POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Mən” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

MƏN...

 

...Nə olsun ki, gecə keçir,

Zaman axır ömrümüzdən,

Vaxt onsuz da gedəcəkdir

Yatmasam da, yatsam da mən.

 

Dünya adlı bu yerdə mən

Müvəqqəti yəhərdəyəm,

Düşəcəyəm yedəyindən

Yeddi əlnən tutsam da mən.

 

Cahan kimə yoldaşdı ki,

Kimə sirrini açdı ki?

Oğurluqdan yaxşıdı ki,

Xırda-xuruş satsam da mən!

 

Gör, haradan-hara vardın,

Şahlar şahı nə apardın?

Arzulardan kam alardım,

Bircəsinə çatsam da mən.

 

Mən göylərin öz oğluyam,

Gedəm, təzədən doğulam!

Nə qarmaqlıq, nə torluğam -

Qəm gölünə batsam da mən...

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.