Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Azad Rzayevə ithaf olunub.
AZAD ALLAHVERDİ OĞLU RZAYEV
(10.10.1965.-20.01.1990.)
Bakı şəhərində dünyaya gəlmiş, Dərin Dəniz Özülləri Zavodunun əməkdaşı, 20
Yanvar şəhidi
AZAD
Dedi, Vətən olsun azad,
Özün oda atdı Azad,
Qəhrəmantək şəhid oldu,
Hünəriylə qazandı ad.
Çox sevirdi Qobustanı,
Həyatı qeyrət dastanı,
Azərbaycan müstəqildir-
Yerdə qalmayıbdır qanı.
Qorxu nədir, bilməz oldu.
O, ölmədi, ölməz oldu,
Elə ömür yaşadı ki,
Zirvədən enməz oldu.
Azad sevilir ellərdə,
Yaşayacaq əməllərdə.
Bir azadlıq nəğməsitək
Oxunacaqdır dillərdə.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)