ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – İlqar Mirzəyev

Həvəskar şair Çoşğun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir  İlqar Mirzəyevə ithaf olunub. 

 

İLQAR ANZOR OĞLU MİRZƏYEV

(08.05.1973.-14.07.2020.)

 

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi,  polkovnik,  Azərbaycanın ərazi bütövlüyü uğrunda  Tovuz döyüşlərinin şəhidi

 

 

VƏTƏN SƏNƏ “OĞUL” DEDİ

 

Qəlbin sevgiylə doluydu,

Yolun ədalət yoluydu,

İgidliyin simvoluydun,

Vətən sənə  “Oğul” dedi.

 

Nifrətin vardı şərlərə,

Dayaq idin əsgərlərə,

İnanırdın zəfərlərə,

Vətən sənə  “Oğul” dedi.

 

Sevirdin öz sənətini,

Düşmən gördü cürətini,

Çəkdin torpaq qeyrətini,

Vətən sənə  “Oğul” dedi.

 

Pillə-pillə ucaldın, sən,

Yurdumuzdan güc aldın, sən,

Düşmənlərdən öc aldın, sən,

Vətən sənə  “Oğul” dedi.

 

Aprel döyüşləri vaxtı,

Qəfil, şimşək kimi, çaxdın,

Çox zirvəyə bayraq taxdın,     

Vətən sənə, “Oğul” dedi.

 

“Artilleriya atası”,

Eşqin, yurd, Vətən sevdası,

Məhv oldu düşmən xülyası

Vətən sənə  “Oğul” dedi.

 

Hər vaxt öndə, səngərdəydin,

Cəbrayılda, Tərtərdəydin,

Xoş xəyalda, filkirdəydin,

Vətən sənə  “Oğul” dedi.

 

Tovuz döyüşü zamanı,

İtirdik çox qəhrəmanı,

Cənnət-əbədi məkanın,

Vətən sənə  “Oğul” dedi.

 

Vardır düz sözün, ilqarın,

Cəsurluğun dövlət-varın,

Xalqımızın iftixarı,

Vətən sənə  “Oğul” dedi.

 

İnanırdın, o gün gələr,

Qazanıldı şanlı zəfər,

Etdin könüllərə səfər,

Vətən sənə  “Oğul” dedi.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.