POETİK QİRAƏTdə Əlizadə Nurinin “Allah, bu nə oynamaqdı” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri görüşür.

 

Aşığa  bax, gözü göynən,

Barmağı saznan oynayır.

Üstünü çırpan bir uşaq,

Oturub toznan oynayır...

 

Bu zəhərdi, ya eşq camı?

Çıx qarşıla o edamı...

Boğulmaqdan qorxur hamı-

Hamı dayaznan oynayır...

 

Ömürdü bu, ya səfərdi?

Darıxdım ki... çağır dərdi.

O nəğmə nə bəxtəvərdi-

Bir gözəl qıznan oynayır...

 

Bu yol bitdi... dayan, adam, 

Sənin deyil o yan, adam.

Dünyayla oynayan adam,

Elə bil köznən oynayır...

 

Hanı ölüm-hara haqdı?

Mən axsağam, yol axsaqdı?

Allah, bu nə oynamaqdı-

Göz yaşı göznən oynayır?!..

 

Ədəbiyyat və incəsənət”

(05.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.