Yoxluğun - ESSE Featured

Lala Hasancan, “Ədəbiyyat və incəsənət”

 

“Hər qaranlıq nura yol açar,

Hər iztirabın da,əlbət ki, bir sevinci var.”

(Lala Hasancan)

 

Qaranlıq işığın yoxluğundan yaranar. Qaranlıqdan nura qərq olan sonsuz sevgilər isə dünyaya günəştək doğmaq kimidir. “SEVGİ” insan ruhunda cəmlənən və qəlbimizi aydınlatan bir duyğudur. Dərin və məna dolu bir eşqin avazı. İnsan ruhunda gizlənən həm günəşli, həm dumanlı bir eşqin müjdəsidir. Hansı ki, bəzən xəzəl olub tökülər, bəzənsə bahar çiçəyi tək açar.  Sevmək onunla olmaq deyil, sanki “O” olmaqdır. İtirmək deyil, qazanmaqdır. 

Ağac torpaqda köklənən kimi sevgi də qəlbdə köklənər. Ağaclar torpaqda boy atar, günəşlə isinər, işıqlanar, hər soyuğa, borana, kuləyə əzmlə dözər. Sevgilər də buna bənzər kimidir. Sanki tamlıq kimidir. Ruhunun tamlığı, qəlbinin butövlüyü. Öz cazibəsi ilə səni məst edən şirin bir duyğu. Bu duyğular ki, yaralandıqda yoxluğa qərq olar.

“Yoxluğun” uzun müddət xəyalında canlandırdığın o hislər sanki dumanlı olar. Yaşadığın aləmdə sanki yaşamamış kimi uğursuz bir münasibəti göstərər. Kədər, acı və iztirab dolu günlər başlar. Yaşanmamış, yarım qalan sevgilər. Sabahlarda  doğmayan günəş, getdiyin hər addımda hiss etmədiyin boşluqlar, o yollarda qalan səssiz xatirələr. Həsrət dolu yaşlı gözlərlə baxdığın kirli pəncərələr. Qəlbin aynasından baxdığında isə toz-duman olmuş ümidlər. “Yoxluğun” hər tərəfdə onu gəzərkən özünü unutmuş sevdalar. Onlu xatirələrin şəfqətli hisləri. Uzaqlıq deyib, dəniz sahillərində baxdığın uzaqlıqlarda daim onu axtarmaqdır. “Yoxluğun” sənə ağır gələn sevginin zirvəsi. Bizi qorxudan o gedişlər. Varlığını hüznlə əsdirən o quvvə. “Sənin yoxluğun” canını çox andıran, oldürən sarsıntı.

Yaşanılmayan sevgilər hər yoxluqda dərinləşərkən qəfəs atəşı sənə çox alovlu görünəcək. Unutma ki, o qəfəsdə azadlıqla ilhamlanan bülbül kimi yenidən azad sevgin sənin üçün parlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.