VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ – Bu dəfə Çoşqun Xəliloğlundan Featured

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub  Coşqun Xəliloğlundandır.  O, vətənpərvərlik ruhunda yazdığı şeirlərini göndərib. Dünən onların bir neçəsi ilə tanış oldunuz, bu gün daha iki şeir təqdim edirik.

 

 

VƏTƏN ŞƏHİDLƏRİ

 

Azərbaycanın ərazi bütövlüyü və Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində  həlak olmuş şəhidlərin əziz xatirəsinə ithaf edirəm.

 

Baxın, yurdun balası, neçə igid qəhrəman

Vətənə sidq ürəklə qurban eylədilər can,

Dedilərbütövolsun, tam olsunAzərbaycan,

Heç zaman unutmarıq biz cəsurigidləri,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

Döyüşdülər inamla, ölümdən qorxmayaraq,

Neçə dağı, dərəni, zirvələri aşaraq,

Söylədilər, düşməndə qala bilməz Qarabağ,

Dar günündə tanınır elin, əsil mərdləri,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

Bu torpaqdan, bu yurddan, tükənməz güc aldılar,

Yağıları məhv edib, şanlı zəfər çaldılar,

Şəhidlik zirvəsinə mərdliklə ucaldılar,

Unudulmayıb hələ Qorqudun öyüdləri,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

Heç nə döndərə bilməz bizi haqq yolumuzdan,

Kafirlər məhv edildi, qovuldu elimizdən,

Salam var ölməzlərə xarıbülbülümüzdən,

Həmişə xatırlanıb çəkiləcək adları,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

 

 

 

         “QƏHRƏMAN ATAM”

          ŞƏHİD BALASININ DİLİNDƏN:

 

Atam şəhid olubdur Qarabağ savaşında.

Cənnətə qovuşubdur, otuz altı yaşında.

Başlarkən müharibə dedi, getməliyəm mən.

Qarabağı düşməndən azad etməliyəm mən.

 

Gülümsünüb, diqqətlə  baxdı mənim üzümə:

-Maşallah, böyümüsən, diqqət elə, sözümə.

Bu torpaq babalardan bizə bir əmanətdir,

Torpağı yada vermək günahdır, xəyanətdir.

 

Torpağımız kafirin  əlində qala bilməz.

Qarabağsız bu diyar yurd, vətən ola bilməz.

Məhv eyləyib düşməni qayıdarıq, inşallah.

Anam dedi, qorusun, sizləri, qadir Allah!

 

Döyüşlərə atıldı atam bir aslant kimi.

Düşmənlərlə vuruşdu əsil qəhrəman kimi.

Əlində avtomatı daim irəli keçdi.

Düşməni milçək kimi məhv etdi, qırdı, biçdi.

 

Atamq əhrəman olub, dostları da şahiddir.

Gecə yuxuma gəlir, gülüzlü bi rşəhiddir.

Atamla fəxr edirəm   o, qələbə çalıbdır.

Qarabağı düşməndən öz qanıyla alıbdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.