Çərcivə həm məhdudlaşdırır, həm də qoruyur - ESSE Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Jalə İslamın “Çərçivə?”sinə bir interpretasiya

 

Bir körpə doğulanda ona bir qismət verilir. Hansı ki, həyatı boyunca bir çizgi seçir və o çizgi ilə bir ömür uzunluğunda irəliləyir. Bu qismətin bir digər adını çərçivə qoya bilərik. Çərçivələr məhdudlaşdırır, ya sadəcə qoruyur? Bu bir az mentalitet məsələsini xatırladır mənə. Mentalitet haqda fikirlər də bilirik ki, xalqımız arasında 2 qrupa bölünür. 1) İnsanların azadlığını məhdudlaşdırır. 2)İnsanları pisliklərdən, əxlaqsızlıqdan qoruyur.

 

Əslində, mənim fikrimcə çərçivə həm məhdudlaşdırır, həm qoruyur. Eyni, mentalitet kimi. Düşünək ki, yeni bir telefon alırıq, onu qorusun deyə üzlük çəkirik, xüsusi qab alırıq. Bəs bu da telefonun kamerasını və ya onun cismini müəyyən qədər məhdudlaşdırmırmı? 

Həyatımızda bizim şəxsiyyətimizə, xarakterimizə uyğun seçdiyimiz, bəlirlədiyimiz sərhədlər var. Hansı ki, bunlar bizim ya keçmiş təcrübələrimiz, ya da gələcək qayğılarımızla birbaşa əlaqəlidir. Elə çərçivələr də şəkilləri göstərmək istədiyi qədərini göstərir. Geri qalanını sərhədləyir. Çərçivələrinizi sevin. Onlar sizi, şəkillərinizi, xatirələrinizi özəlləşdirir!

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.