AYB-ni Bakı Kitab Sərgisində Ədəbiyyat Fondu təmsil edir Featured

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 9-cu  Beynəlxalq Kitab Sərgisi keçirilir. 

Noyabrın 11-də açılışı olmuş və noyabrın 15-dək davam edəcək sərgidə Azərbaycan Yazıçılar Birliyini qurumun Ədəbiyyat Fondu təmsil edir. 

 

321 nömrəli stenddə Azərbaycan yazıçılarının - AYB üzvlərinin (o cümlədən Xalq yazıçıları Anarın, Çingiz Abdullayevin, Xalq şairi Vahid Əzizin, AYB katibləri Səlim Babullaoğlunun, İlqar Fəhminin, eləcə də Varisin, Ramiz Qusarçaylının, Yunus Oğuzun, Adəm İsmayıl Bakuvinin, Faiq Balabəylinin, Hümbət Həsənoğlunun və digərlərinin) kitabları sərgilənir. 

Burada eyni zamanda AYB-nin “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Dünya ədəbiyyatı” kimi nəşrləri də nümayiş olunur. 

Yazıçılar gün ərzində burada öz oxucuları ilə görüşüb onlar üçün əldə etdikləri kitabları imzalayırlar. 

Eyni zamanda sərginin təqdimat zonalarında müxtəlif maraqlı tədbirlər həyata keçirilir. 

Azərbaycan Ədəbiyyat Fondu adına növbəti belə tədbir noyabrın 15-i saat 15.00-də “Xudafərin” təqdimat zonasında baş tutacaq. “Azərbaycan ədəbiyyatı dünya müstəvisində” adlanan panelə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis moderatorluq edəcək. Çıxışçılar - AYB katibi Səlim Babullaoğlu, AYB sədrinin müşaviri Sayman Aruz, yazıçı Yunus Oğuz və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar olacaq. 

9-cu Beynəlxalq Kitab Sərisi noyabrın 15-də öz işini başa vuracaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.