“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Nazim Əhmədli görüşür.
Nə qapı, nə baca var,
hardan girim saraya;
barılar çox qəlbidi,
əl çatmır yuxarıya;
körpü bir tağın üstə,
qar yatıb dağın üstə;
ruhum yarpağın üstə,
payız düşüb araya;
çıxıb getdim naxıra,
kim qalıbdı axıra;
mən yaşıla baxıram,
üzüm dönmür sarıya;
kimdə bir az can qalıb,
nə dağ, nə aran qalıb;
ortalıqda qan qalıb,
qaysaq gəlmir yaraya;
qayıdın, açın yolu,
ağaclar saçın yolub;
ürək yarıcan qalıb,
ömür çatır yarıya;
hər çiçəkdə min naxış,
buludlar yağış-yağış;
əllərimdən bərk yapış,
ayrılıqlar qarıyar.
Ədəbiyyat və incəsənət”
(06.11.2023)