Sumqayıt Poeziya Evində şəhərin yazarları mədəniyyət idarəsinin yeni rəisi ilə görüşüblər

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Ə. Kərim adına Poeziya klubunun birgə təşkilatçılığı ilə Abşeron - Xızı Regonal Mədəniyyət idarəsinin rəisi Fərid Qurbanzadə ilə Sumqayıtda yaşayan AYB üzvülərinin görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsi yad edilib. 

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri açaraq Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən bu görüşün əhəmiyyətindən söz edib, bildirib ki, Ulu öndər xalqın oyanışını məhz onun ədəbiyyatının, mədəniyyətinin inkişafında görürdü və  bu sahələrin inkişafına böyük  önəm verirdi.

Abşeron - Xızı Regional Mədəniyyət idarəsinin rəisi Fərid Qurbanzadə Heydər Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyəti  üçün gördüyü işlərdən danışıb, "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda qaldırılan məsələlərin sıx birlik, bərabərlik şəraitində və tez bir zamanda çözülə biləcəyindən bəhs edib, Sumqayıtın söz adamları ilə görüşün nəticələrinin uğurlu olacağından tam əminliyini bildirib.

Ə.Kərim adına Poeziya klubunun direktoru, AYB Poeziya seksiyasının rəhbəri İbrahim İlyası Sumqayıtda çox gözəl ədəbi və mədəni mühitin olduğunu söyləyərək, "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda qaldırılan məsələlərdən söz açıb, onların uğurlu həllinə inamını bildirib. 

Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Süleyman Hüseynov, Zakir Zahir, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Xatirə Fərəcli, Hümbət Quliyev, Natiq Qubadoğlu, Nazir Rüstəm, Xan Rəsuloğlu, Elşad Xaqan Davudoğlu, Ümid Abbas Nihani, Gülnar Ümid öz çıxışlarında belə görüşlərin vacib və təqdirəlayiq olduğunu söyləyiblər, şairlər öz yeni şeirlərini oxuyiblar.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirdə iştirak edən  hər kəsə təşəkkür edib və kollektiv foto çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.