“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Nəsr saatıdır, Anar Adilin “Səmadan məktub” hekayəsinin təqdimatıdır.
Anar ADİL
SƏMADAN MƏKTUB
Böyürtkən kollarıının mühasirəyə aldığı həyətin giriş qapısından poçt qutusu asılmışdı. Qutu yaranışından yaşadığı ömrü başa vurandan bəri sərçələrin dəndanına çevrilmişdi.
Əmimin qapısından sərçə civiltisi, göyərçin qurultusu kəsilməzdi. Sərçələr dən yeyib tut ağacının budaqlarına, göyərçinlər taxtapuşa çəkilib sərinlənirdilər.
Əmim müəllimliyin daşını atsa da, ipə-sapa yatmayan, şuluq uşaqları həyətinə toplayır, əvvəlcə onlara kamança çalır, sonra kitab oxutdurur, tapşırıq yazdırır, dərslər bitən kimi isə əllərinə kolbasa-çörək verib həyətində özü tikdiyi hovuza ötürürdü. Dərsi yaxşı oxumayanları hərdən şillələyirdi. Onun şilləsini dadan uşaq mum kimi yumşalırdı.
Əmimavtomobilqəzasındansağ çıxdı, amma şillə vuransağ əlinibərk əzdi. Sarıqlı əli ilə kamanı götürüb simlərə çəkdi, kamançadan sərçə civiltisinə, göyərçin qurultusuna bənzər səs çıxan gün əmim şilləsini də, hirsini də boğub öldürdü.
Əmiminevinə toplaşanuşaqlarevlərində tapmadıqları sevgini, hüzuruhovuzunsərinsuyunda çimib, kolbasa-çörəyiacgözlüklə ağızlarınatəpməklə tapırdılar.
***
Əmim göyərçinlərə, sərçələrə dən almaqdan gəlirdi. Dən torbasını mizin üstünə qoydu, aerodrom kepkasını çıxartdı, çəliyini iki dəfə mizin ayağına vurdu:
– Qardaşoğlu, bəri gəl, dünən ziyil basmış əlini gördüm, yaxma aldım sənə, götür, axşam yatmazdan qabaq ziyillərinə çək, bircə həftəyə quruyub təmizlənsin.
Əmimə “sağ ol” dedim. Alnındakı qat-qat qırış açıldı, bığlarının ucu yanağına dartıldı.
– Qardaşoğlu, dünyada ən gözəl iş, bilirsən, nədi?
Çiynimi çəkdim.
– Dünyada ən gözəl iş göyərçin uçurtmaqdı.
Əmimhərdəfə göyərçinuçurmazdanqabaqkepkasının üstündənbaşını qaşıya-qaşıyabeş dəqiqəlikhadisənibirsaatauzadıb, cütgöyərçinləringöyə qalxmasını, fit çalankimigöydə mayallaqaşmalarını, quşlarınayağından tutmuş,dimdiyinə qədərhər şeyielə dolu, elə bəlağətlə təsviredirdiki, onuneynisöhbətinə yüzüncü dəfə də eynimaraqlaqulaqasırdım.
– Səninsöhbətindənsonraağ-qarahəyatdagözümə rəngligörünür, əmi, –dedim.
Əmimin sifətinin qaraldığını gördüm. Bilirdim… Yenə rəhmətlik yoldaşı yadına düşmüşdü.
ƏmidostumSəmarəhmətə gedəndə əmimcamaatınyanında özünü toxtaqtutubağlamadı. Bir dəfə kənd toyunda yaxşı yeyib-içmişdi, ayaq üstə zorla dururdu. Qoluma girib mənə danışmışdı ki, Səma ölən gecə, qonaqlar dağılışıb gedəndən sonra yataq otağına keçib, kaman sürtən sağ əli ilə arvadının başına vurduğu yumruqları dayanmadan öz başına endirib, elə Səma kimi də cınqırını çıxarmayıb.
Əmim kepkasının dimdiyini aşağı çəkib gözünün üstünə saldı. Sol əli ilə kepkasının dimdiyindən bərk-bərk yapışıb buraxmırdı, sanki illərlə ondan qabaq oyanan, ondan gec yatan, hər kürünə, hər yalanına, hər təhqirinə dözən arvadının başından-beynindən çıxıb qaçacağından qorxurdu.
ƏmimSəmailə nişanlı vaxtı bir-birinə yazdıqları məktubları indiyəcənservantıngözündə saxlayırdı.
– Qardaşoğlu, poçtalyonməktubgətirdi, gördün?
– Yox, görmədim, əmi– çaşqınlıqiçində əmimə baxıram.
Əmimin sifəti haldan hala düşdü.
– Bir get bax. Yaxşı-yaxşı bax, bayaq gördüm ki, poçtalyon qutuya nəsə atdı.
– Baş üstə, – deyib böyürtkən kollarına bürünmüş həyət qapısına sarı yüyürdüm.
Qutuda üstünə dən səpilmiş zərfi görəndə nə deyəcəyimi bilmədim. Tez kimdən gəldiyinə baxdım. Sevincdən qışqırdım. Qaça-qaça mətubu əmimə gətirib saf-saf güldüm:
– Hə, əmi, məktubdu, qutuda... Səma əmidostumdandı.
Əmim tez ayağa qalxdı, məktubu əlimdən aldı, açdı, əzbər bildiyi sətirləri dilinin alıtında sürətlə oxudu. Məktubu oxuyub bitirib, səliqə ilə qatlayıb döş cibinə qoydu, pencəyinin üstündən məktubu sığalladı.
Yataq otağının işığı yandı.
Kamançanın simlərindən “Segah”ın iniltisini həyətə yayıldı. Sərçələrin civiltisi, göyərçinlərin qurultusu eşidilməz olmuşdu.
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)