Unudulmaz sevgi şeirləri - Hüseyn Arif, “Sən dərsə gəlməyəndə” Featured

 

“Ədəbiyyat və incəsənət”in xüsusən gənclər arasında çox sevilən “Unudulmaz sevgi şeirləri” rubrikasında bu dəfə mərhum Xalq şairi Hüseyn Arifin “Sən dərsə gəlməyəndə” şeiri təqdim edilir. 

Bu şeirin YouTube üzərindəm Xuraman Hüseynovanın səsləndirməsini dinləmək xüsusən sizlərə zövq verəcək. 

 

 

 

Düşür yadıma hərdən

Məktəb həyətində mən

Yoluna göz dikərdim,

Qəlbim sızlardı birdən

Sən dərsə gəlməyəndə…

 

Durub-durub anardım,

Gizli-gizli yanardım.

Neçə dostun içində

Özümü tək sanardım.

Sən dərsə gəlməyəndə…

 

Zəng səsi ucalardı,

Uşaqlar söz alardı.

Gözlərim boş masanda.

Fikrim səndə qalardı

Sən dərsə gəlməyəndə…

 

Dözməyib buna bəzən

Düşüb gah da həvəsdən

Nə danım həqiqəti,

Qaçardım mən də dərsdən

Sən dərsə gəlməyəndə…

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.