“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
4-CÜ DƏRC
Tamaşaçıların alqış sədaları altında Baş Hakim çixişini davam etdirdi:
-Yeddinci fakt: Tetris-vordtris oyun kompaniyasının təsisçilərindən biri Ermənistan prezidenti Armen Sarkisyandır. İndi anlayırsınızmı, niyə qondarma Dağlıq Qarabağ Respublikasının, qondarma Cavax Respublikasının, qondarma Ermənistan Naxçıvanı və qondarma Qərbi Ermənistan Respublikalarının bayraqlarında tetris oyununun elementləri var?
Həmin bayraqlar monitorda nümayiş etdirildi, tamaşaçılar heyrətləndilər. Baş Hakimsə özündənrazı halda çıxışını davam etdirdi:
-Sanki talenin ironiyasıdır – oyuncağın elementləri oyuncaq respublikaların bayraqlarındadır. Əlbəttə, ermənilər bu faktı bacardıqca danırlar, amma bayraqlar göz qabağındadır, hamı baxıb buna ımin oldu artıq.
-!!!
-Səkkizinci fakt: Erməni ailələrində Mütləq Matriarxat hökm sürür. Qadının razılığı olmasa heç bir iş həyata keçə bilməz, heç nə ölü nöqtədən tərpənə bilməz. Qafqazda partiarxat hökm sürdüyü yerdə ermənilərin matriarxatı suallar doğurur, necə ola bilər ki, buradakı bütün xalqlar – gürcülər, azərbaycanlılar, ləzgilər, avarlar, çeçenlər, osetinlər, kabardinlər və digərlərində söz sahibi kişidir, yalnız ermənilərdə qadındır? Bu müqayisə erməniləri həmişə hiddətləndirir. Hətta bu fakt erməni tarixçilərini məcbur edir ki, onlar ermənilərin Qafqazda gəlmə xalq olduqlarını ortaya atsınlar.
-!!!
-Doqquzuncu fakt: Bibliyada erməni xalqının adı yoxdur. Necə yəni, bunlar iddia edirlər ki, dünyanın ən qədim və ən böyük xalqıdırlar, ancaq dünyanın ən qədim, ən müqəddəs səmavi kitabında bunların adına rast gəlinmir? Nonsens. Yəhudilər var, romalılar var, yunanlar var, misirlilər var, amma ermənilər yoxdur. Bəs hanı qədim və böyük xalq olmağın sübutu? Bibliyanı saxtalaşdırıb yenidən dərc etsinlərmi? Neynəsinlər erməni millətçiləri?
Yenə yerdən, müttəhimlər əyləşən sıradan səslər gəldi:
-Bibliyanın əldə olan nəşrləri təhrif olunub.
- Bizim tarixi dəlil-sübutlarımız var, hətta İsa peyğəmbərin hay olması barədə əlimizdə...
Uğultu və fit səsləri yerindən danışan müttəhimin səsini eşidilməz etdi. Baş Hakim çıxışını davam etdirdi:
-Niyə dünyanın ən qədim kitabında dünyanın ən qədim xalqının adı çəkilməsin axı? Deyim niyə. Çünki erməni xalqı dünyanın heç də ən qədim xalqlarından biri deyil. Mən erməni xalqının əsla düşməni deyiləm, axtarsanız, hətta dostuyam. Uilyam Saroyanın romanlarını sevə-sevə oxumuşam. İvan Ayvazovskinin rəsmlərinə heyranlıqla tamaşa etmişəm. Şarl Aznavurun musiqilərinin dəlisiyəm. Bu prosesdə ittiham olunacaq Kirk Kerkoryanın Las-Veqas maqnatlığına yüksələn yolunu özümə örnək götürmüşəm, amma Las-Veqasdakı kazino fəaliyyətini dəstəkləmirəm, etriraf edirəm. Levon Aroyanın şahmat partiyalarından zövq almışam. Henrix Mxitaryanın vurduğu qollardan çox feyziyab olmuşam. Bax indi müttəhimlər sırasında əyləşsə belə, Kim Qardaşyanın seksuallığından daim riqqətə gəlmişəm.
Auditoriya gülüşdü, Baş Hakim xoşlayırdı proseslər zamanı incə yumordan istifadə etməyi. Səssizlik bərqərar olanda mətnini davam etdirdi:
-... Amma əlahəzrət fakta qurban olun, faktın qarşısında heç nə duruş gətirə bilməz. Diqqətlə dinləyin məni. İndi sonuncu – onuncu faktda həmin bu sualın cavabını verəcəyəm. Beləliklə...
Müttəhimlər əyləşən sıradan “Monarx ordenlərinin tarixi”nə toxunmayın, biz qəti etiraz edirik” deyə çığırtılar eşidildi, orada əyləşənlər uğultu qopararaq Divan Hakiminin səsini boğmağa çalışdılar. Amma hakimin mikrofonun dəstəyi ilə daha da gurlaşan səsi bir dəqiqə sonra yenidən hakimi-mütləq oldu:
- Əziz tamaşaçılar, dinləmək istəyirsiniz, deyilmi?
Hamı xorla “bəli” deyə səslənəndə Baş Hakim məmnunluqla nitqini yekunlaşdırdı:
- Və ən nəhayət, onuncu fakt: 18-ci əsrdə Rusiya salnamələrində “erməni xalqı” deyilən bircə mənbəyə rast gəlinməz. Pyotr Alekseyevin 1773-cü ildə çap olunmuş Kilsə lüğəti kitabında “armenlər” ifadəsi yer alıb, orada qeyd olunur ki, armen-yeridiklər öz dini təlimlərini və inanclarını yeridən kilsə xadimləridir. Parisdə 1680-ci ildə çap olunan “Monarx ordenlərinin tarixi” kitabında açıq-aydın yazılıb ki, armenlər-ermənilər monax ordenidir, bu adda millət yoxdur. Təbii ki, əllərində imkan olsa, ermənilər bu kitabların son nüsxəsini də acımasızlıqla yandırarlar.
Müttəhimlər sırasında əyləşənlərdən birinin halı xarablaşdı, həkim gələsi oldu, biri su istədi. Bir müddət fasilə yarandı. Hakimlər də fürsətdən yararlanıb qəhvə içdilər. Fasilədən sonra çıxışını uğurla yekunlaşdıran Baş Hakim sağında və solunda əyləşmiş digər iki hakimdən bir əlavələrinin olub olmadığını soruşdu. Hakimlərdən solda əyləşəni, çıxışı zamanı Baş hakimə tez-tez “düzdür”, “elədir”, “mən də buna əminəm” kimi idadələrlə hey dəstək verən yaşlısı “Mənim əlavəm var” deyərək söz istədi, Baş hakim söz verdikdə həvəslə danışmağa başladı:
- Düzü, erməni məsələsi çox fenomenal məsələ olduğundan daim məni maraqlandırıb, uzun illər mən bu mövzunu təqib etmişəm. Erməni məsələsi doğrudan da bəşər tarixində anoloqu olmayan məsələdir, çünki əsrlərdir ki, eyni bir mövzu estafet kimi bir xadimdən digərinə ötürülür, gəlib 21-ci əsrə çıxıb. Bir baxın. Divanını qurduğumuz hər bir fironun, diktatorun günahı fərdidir, özüylə birgə günah tarixçəsi də bitib. Məsələn, Kaliqula. Bu Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən qorxub, tutalım, kimisə içərisində şirlər olan qəfəsə atar, kimisə arıların sancmasına tuş edərdi. Özünəməxsus tiranlıq tarixçəsi olub və özünün ölümü ilə bağlı da bu tarixçənin sonu gəlib. Yaxud ağlasığmaz vəhşilikləri ilə seçilən 16-cı əsr Rus çarı İvan Qroznının xəyanətdə ittiham edilən saray əyanlarını tikə-tikə doğradaraq üzərilərinə qaynar su, buz tökdürməsi, dərilərinin ətdən qopmasından həzz alması ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atması da yalnız onun özünə və öz dövrünə aid sinayətlər idi. Bəşəriyyəti nasizm vəhşilikləri ilə sarsıdan Adolf Hitler onlardan cəmi bir baş irəlidə olsa da, tək özü deyil, bütün bir ölkəni, müttəfiqlər ordusunu bu cinayətlərə şərik etsə də, bu cinayətin də konkret dövrü olub və gedib: 20-ci əsrin 30-cu, 40-cı illəri. 2-ci dünya müharibəsində faşizmin məğlubiyyəti ilə Hitler nasizminə son qoyulub, Nürnberq prosesi kimi ədalət mühakimələri ilə nasistlər cəzalandırılıblar. Amma erməni məsələsi, bayaq dediyim kimi, əsrlərdir ki, davam edir. Müharibə, qətliam, terror məzmunlu bu məsələ dünyanı daim narahat edir. Bir antitürkçülüklə silahlanmış nəsil gedir, digəri gəlir. Ona görə Divanda birdən-birə bu qədər ittiham olunan əyləşib. Baş Hakim təfsilata toxunmadı, mən deyəcəyəm, illərdir bizim Divana şikayətlər daxil olurdu, daim terrora məruz qalan, erməni xəyanəti nəticəsində Antanta qoşunlarından zərbə alan Osmanlı İmperiyası əyanlarından, ordusundan, 1918-ci ildən ta ki 2020-ci ilədək qırğın və müharibələrə məruz qalmış Azərbaycan türklərindən, Quba qıtliamına məruz qalmış yəhudilərdən, 2-ci dünya müharibəsində ermənilərin satqınlıq və xəyanətkarlıqla faşistlərin tərəfinə keçməsi nəticəsində ciddi itkilər verən ruslardan, Qdlyan soyadlı müstəntiqin təqib və işgəncələrindən zülüm çəkən özbəklərdən, daha kimlərdən gələn şikayət seli dayanmırdı. Üstəlik, zorən, məcburən millətçi ünsürlərin güdazına gedib əlinə silah götürən, cavan yaşında həlak olan minlərlə sıravi erməni gənclərinin gözləri yaşlı qalmış anaları da bizdən ədalət məhkəməsi qurmağı tələb edirdi. Ona görə də biz bu Divanı qurası olduq. Əminik ki, erməni millətini faciələrə sürükləyən bu ideoloqların cəzalandırılmasından sonra erməni xalqı daha yolundan sapmayacaq, yalnız və yalnız digər millətlərlə sülh içində, əminamanlıq şəraitində yaşamağa başlayacaq. Mənim sözüm bu qədərdir. Möhtərəm Baş Hakim Divanı davam etdirə bilər.
Bu arada erməni müdafiəçilərindən biri protest edib “Xalqlara qarşılıqlı hörmət barədə ümumdünya kodeksi sənədi” deyilən bir sənəd çıxarıb oradan oxudu ki, “müəyyən şəraitdə digər xalqların birləşərək bir xalqı aşağılamaları cinayət hesab edilir və bu cinayət hüquqi konteksdə cəzalandırılmalıdır”.
Divanın Baş hakimi erməni müdafiəçisinə söylədi ki, bəli, bir xalqı aşağılamaq cinayətdir, mən sizinlə razıyam. Ardınca mikrofonuna əl gəzdirib əsl natiqlərə xas zil səslə çıxışa başladı:
-Prosesə başlamazdan əvvəl biz ermənilərin qorxduğu 10 faktı açıqladıq, ardınca dünyanın məşhur mənbələrinin və məşhur simalarının müxtəlif illərdə erməni xalqı barədə söylədiklərini burada səsləndirmək də yerinə düşərdi. Deyim niyə. Bəli, dünyaşöhrətlilər erməni üzdəniraqlarının millətçilik, torpaqqoparma, pislik, satqınlıq, xəyanət kimi rəzilliklərini görərək bu cür sözlər söyləyiblər. Əlbəttə ki, bir hakim olaraq mən və bizim Divanımız heç də erməni xalqının əleyhinə deyil, mən bunu bir demişəm, bir də deyirəm, biz bütün xalqları öz xalqımız kimi sevib ehtiram bəsləyirik. Bizim davamız həm öz xalqına, həm də başqa xalqlara qənim kəsilən erməni millətçiliyi ilədir. Mən diktorlardan xahiş edərdim ki, sözügedən mətnləri səsləndirsinlər.
Protest edən erməni müdafiəçi demək istədiklərini bu çıxışın qabağında içindəcə boğmalı oldu.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(24.08.2023)