İNİŞİL BU GÜN: Musiqili Teatrın növbəti premyerası – “Bəxtiyar”

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

İnişilin – 2022-ci ilin bu 7 may günü hansı mədəniyyət hadisəsi ilə əlamətdar olub? Araşdırdım və gördüm ki, ən diqqətşəkən hadisə haqqında bəs edəcəyim bu hadisədir.

 

 

 

 

Mayın 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün növbəti premyerası baş tutdu – “Bəxtiyar” musiqili komediyası nümayiş olundu.

 

Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan “Bəxtiyar” tamaşası Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilmişdi.

Tofiq Quliyevin 105 illiyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırdılar.

Tamaşa uğurla nümayiş edildi, bol tamaşaçı alqışı qazandı.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)